İlham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib

Bütün Xəbərlər
19:15 10.01.2011
1750

 

Prezident İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejada başsağlığı məktubu ünvanlayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, İlham Əliyev Urmiya şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar həmkarı və həlak olanların ailəsinə başsağlığı verib: “Hörmətli cənab Prezident, Urmiya şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

OXŞAR XƏBƏRLƏR