İlham Əliyev: "Rusiya ilə münasibətlərimizin möhkəmlənməsində qərarlıyıq"

Bütün Xəbərlər
13:24 11.04.2011
1424

Dövlət başçısı qeyd edib ki, ticari münasibətlər planında məhsulların satış bazarı kimi Rusiya Azərbaycan üçün böyük maraq kəsb edir: “Rusiya həmçinin idxal sahəsində bizim əsas tərəfdaşımızdır. Azərbaycana idxalın böyük hissəsi məhz Rusiyadan daxil olur”.

İki ölkə arasında əlaqələrin iqtisadi sahədə möhkəmləndiyini vurğulayan İlham Əliyev əlavə edib ki, böhran dövründə mal dövriyyəsi bir qədər azalsa da, hazırda onun strukturu yaxşılaşdırılaraq həmin azalma kompensasiya edilir.

İlham Əliyev müsahibəsində Rusiya ilə Azərbaycan arasında enerji və hərbi-texniki sahədə mövcud olan aktiv əməkdaşlığı da qeyd edib: “Sonuncu sahədə əməkdaşlıq daha uğurla həyata keçir. Bu, son bir neçə ilin reallıqlarıdır. Daha doğrusu, biz münasibətlərimizin gələcəkdə də möhkəmlənməsində qərarlıyıq”.

Sonuncu dəfə imzalanan mühüm müqavilələr arasında İlham Əliyev dövlət sərhədlərinə dair sənədləri vurğulayıb. Dövlət başçısının sözlərinə görə, sərhədlərinin qonşuları ilə müəyyənləşməsi- istənilən ölkə üçün ən vacib sənədlərdən biridir: “Və bu sərhədlər qarşılıqlı maraqlar əsasında ədalətli şəkildə müəyyənləşdirildi. Əminəm ki, bu anlaşma bizim ölkə və xalqlarımız arasında ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək. Gələcəkdə ikitərəfli əməkdaşlığın pozitiv potensialını genişləndirəcəyik”.

OXŞAR XƏBƏRLƏR