İlham Əliyev:“Plovu çox xoşlayıram”

Bütün Xəbərlər
13:02 24.12.2010
2186

 

“Din bizim özünüdərkimizin bir hissəsidir”

“Din bizdə dövlətdən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Bununla bərabər, biz hamımız dinə böyük hörmətlə yanaşırıq. Bu bizim tariximizin, mədəniyyətimizin və özünüdərkimizin bir hissəsidir. Ölkəmizdə dinin yeri Konstitutsiyada təsbit olunub. Cəmiyyətimiz də özünün inamlarında tam azaddır”.

“Kabinetimdə atamın portretini asmışam”

“Kabinetimdə Heydər Əliyevin porterti asılıb. Mənə elə gəlir ki bu kifayət edir. O, mənim atam olub, bütün həyatını xalqa həsr etmiş lider olub. Ailə üzvü kimi atamın ali keyfiyyətləri mənə yaxşı bəlli idi. Axı digərləri onu ya televiziorda, ya da uzaqdan görüblər.  Heydər Əliyevin insani keyfiyyətləri və vicdanlılığı bir nümünədir. Onun ölkənin inkişafı üçün etdiklərinin qiyməti yoxdur”.

“Plovu çox xoşlayıram”

“Azərbaycan mətbəxini hökmən dadmaq lazımdır. Mən özüm milli mətbəxə üstünlük verirəm. Bu mətbəx çox rəngarəngdir. Məsələn, dolma və kabablarımızı deyə bilərəm. Amma ən əziz qonaq gələndə, toyda-bayramda plov verilir. Mən plovu çox xoşlayıram. Onun çox müxtəlif formaları var. Bir-birinə bənzəmir. Mən şəxsən plova üstünlük verirəm”.  

“Atam çağırıb deyərdi: “Hə, təzə nə anektodun var”

“Mən lətifələri sevirəm. Uşaq vaxtlarında gülməli anektodlara qulaq asmağa, danışmağı xoşlayırdım. Ən əsası odur ki, onları yadda saxlaya bilirdim. Hərdən elə olurdu ki, atam məni çağırıb deyirdi: “Hə, danış görüm təzə nəyin var”....Qeyd edim ki, anektodlar ünsiyyət zamanı çox vacibdir”.

“General olmaq istəyirdim”

“Uşaqlıqdan general olmaq istəyirdim. Xatırimə gəlir ki, atama 1967-ci ildə general rütbəsi vermişdilər. O zaman çox balaca idim. Amma yaddaşımda dərin iz buraxımışdı... Sonradan hərbçi olmağın əleyhinə deyildim. Amma Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil oldum. Moskvaya gələndə mənim hələ heç 16 yaşım olmamışdı...”.

“Mənim üçün işlədiyim adamların mənə münasibətini bilmək vacib idi”

“Burada oxudum, sonra müəllimlik etdim. Atam istefaya göndəriləndən sonra mənə münasibət birmənalı oldu. Amma mənim üçün işlədiyim ali məktəbdə işlədiyim adamların münasibətini bilmək vacib idi: onlar mənə dəstək nümayiş etdirdilər, böyük diqqət yetirirdilər. Bu mənim üçün çox mühüm və qiymətli idi. Amma nə edəsən, siyasi direktivlər belə idi ki, Əliyevin oğlu burada daha işləyə bilməz. Yeri gəlmişkən, Moskvada rəsmi səfərdə olarkən mənə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun fəxri doktoru adını verdilər”. /// modern.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"