İlin adamı Mübariz İbrahimov

Bütün Xəbərlər
14:20 10.02.2011
2002

APA-nın məlumatına görə, “İlin adamı” mükafatının təqdimat mərasimində Milli Qəhrəmanın valideynləri, ANS Şirkətlər Qrupunun rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları və ziyalılar iştirak edib. 

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, M. İbrahimov öz əməli ilə “ölkədə müharibə ab-havası yoxdur” fikrinin doğru olmadığını sübuta yetirib. Milli Qəhrəmanın atası Ağakərim İbrahimov isə Mübarizin atası olmaqla fəxr etdiyini və oğlunun “İlin adamı” seçildiyinə görə sevindiyini vurğulayıb. Müdafiə Nazirliyinin tərbiyəvi işlər idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov Azərbaycan ordusunun döyüş hazırlığından, şəxsi heyətin təcrübəsinin artırılması məqsədilə mütəmadi təlimlərin keçirilməsindən danışıb.

Sonda qəhrəmanın atası A. İbrahimova “İlin adamı” mükafatı, xüsusi diplomu və Milli Qəhrəman Çingiz Mustafayev Fondu tərəfindən 4 min manat pul mükafatı təqdim olunub.

 

OXŞAR XƏBƏRLƏR