AZXEBER.COM "İrəli"nin rəsmi saytına istinadən xəbər verir ki, Mərkəzin fəaliyyətinə : “Liderlik Akademiyası”, “Menecment Məktəbi”, “Servis Mərkəzi”,”Xaricdə Təhsil Mərkəzi “ kimi mütəmadi olaraq xidmət göstərən istiqamətlər daxildir.
Mərkəzin yaradılmasında məqsədlərdən biri, həyatda uğur hekayətinə imza atmış peşəkarlar və müxtəlif mövzular üzrə təlimçillər vasitəisilə gənclərin fəaliyyətinə dəstək olmaq və onlara fəaliyyətinə şərait yaratmaqdır.
Liderlik Akademiyası- “Master Class “daxil olacaq bu görüşlərdə,artıq əsl lider kimi formalaşmış, cəmiyyətin, dövlətin, media strukturlarının, diplomatların, iş dünyasının tanınmış simaları şəxsi uğur yolları ilə iştirakçıları tanış edəcək və biznesdə müvəffəqiyyət qazanmanın sirrlərindən danışacaqlar.
Menecment Akademiyası - biznesin müxtəlif sahələrində istər sifariş əsasında,istər hazır məhsul olan təlimlər təqdim olunacaq. Bu bölümə ,İnsan Resursları, Audit, Maliyyə, Marketinq, Menecement və s. mövzular daxildir.
Servis Mərkəzi- bu bölümdə müxtəlif xidmət sahələrinə aid uzun və qısa müddətli kurs xarakterli dərslər təqdim olunacaq. Kursları bitirən şəxslər peşə sertifikatı əldə edəcəklər.
Xaricdə Təhsil Mərkəzi- bu mərkəzdə təhsilini xaricdə davam etdirmək istəyən gənclər üçün istiqamətləndirici bölüm , IELTS və TOEFL kursları xidmət göstərəcəkdir.
İrəli Təlim Mərkəzi - 60 nəfərlik “Laçın”təlim zalı, 50 nəfərlik “Şuşa”konfrans zalı, 30 nəfərlik “İrəli lounge”, 20 nəfərlik “Xankəndi”zalı, 30 nəfərlik “Bakı”zalı və 10 nəfərlik “Xocavənd”zalından ibarətdir. Bütün otaqlar təqdimat avadanlıqları, təlim vəsaitləri , kompyuter və internetlə təchiz olunub.
Hal-hazırda İrəli Təlim Mərkəzi 50 müxtəlif mövzu ilə təlim bazarına daxil olmaqdadır. Təlimlərdə iştirak etməkistəyən şəxslər [email protected]/* */ ünvanına, məktubun başlığına təlimin adını yazmaqla müraciət edə bilərlər.