"İrəli"də Yaponiya günləri start götürür

GƏNCLİK
12:07 18.07.2011
1699

 

"İrəli"dən AZXEBER.COM-a verilən məlumata görə, 19 iyul 2011-ci il tarixində, saat 15:30-da Yaponiyanın mədəniyyət günləri çərçivəsində Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Şusuke Vatanabe “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olacaq. Qonağın ilk öncə təşkilatın fəaliyyəti ilə tanışlığı, daha sonra isə Yaponiya barədə təqdimatın keçirilməsi planlaşdırılır.

Mədəniyyət günü çərçivəsində mərkəzdə Yapon dilində conversation aparılacaq, film nümayiş olunacaq. Səfir həmçinin “İRƏLİ” Radionun efirinə gedəcək “Nipponiya” verilişinin qonağı olacaq. 



OXŞAR XƏBƏRLƏR