"İrəli"nin heç bir üzvü həmin aksiyada iştirak etməyib"

GƏNCLİK
13:06 04.04.2011
1948

Cəmiyyətdə aksiyanın təşkilatçılarının kimliyi haqqında müxtəlif şayələr gəzir. 

Sosial şəbəkələrdə təşkilatçılar kimi YAP Gənclər Birliyi, "İrəli" İctimai Birliyi,  Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) göstərilir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova mövzuyla bağlı bəyanat yayıb. Bəyanatda AGAT sədrinin və təşkilatın bu aksiya ilə heç bir əlaqəsi olmadığı bildirilib”.

Sosial şəbəkələrdə “İrəli” İctimai Birliyinin də bu aksiyanın təşkilatçısı olduğu yazılır.

AZXEBER.COM portalı mövzunu dəqiqləşdirmək məqsədilə Birliyinin mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadə ilə əlaqə saxlayıb. Aynur xanım deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib. O, qeyd edib ki, aksiyanın keçirildiyi 31 mart günü "İrəli" Gənclik Mərkəzində azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilib və orada genocide.az saytının, 31march.wordpress.com bloqunun təqdimat mərasimi keçirilib. Bundan başqa həmin gün "İrəli" Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “e-mail hücum” aksiyası da həyata keçirib. Aksiya zamanı 10 mindən çox e-mail ünvanına soyqırımla bağlı müxtəlif dillərdə məlumatların göndərilib. Həsənzadə həmçinin vurğulayıb ki, Əli Kərimlinin evinin qarşısındakı aksiyadan mətbuat vasitəsilə xəbər tutub.

OXŞAR XƏBƏRLƏR