İranın xarici işləri ilə əslən iraqlı məşğul olacaq

İranın xarici işləri ilə əslən iraqlı məşğul olacaq
Bütün Xəbərlər
07:31 08.02.2011
1647

İran prezidenti Mahmud Əhmədinejad rəsmən Əli Əkbər Salehini ölkənin xarici işlər naziri təyin edib. Bu haqda məlumat İran prezidentinin rəsmi saytında yerləşdirilib. 

Əli Əkbər Salehi İraqda doğlub, amma İranda böyüyüb. Beyrut və ABŞ-da təhsil alıb, ərəb və ingilis dillərini bilir. 

Məhəmməd Hatəminin prezidentliyi dövründə İranın MAQATE-dəki səfiri, 2009-cu ilindən isə İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri vəzifəsində çalışıb. 

Əli Əkbər Salehidən öncə İranın xarici siyasətinə Manuçöhr Mottaki cavabdeh idi. İstefaya göndərilərkən Mottaki başqa ölkədə səfərdə olub. Prezidentin bu qərarı onun üçün olduqca gözlənilməz və məyusedici olub. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR