İranda 400 ton narkotik ələ keçirilib

Bütün Xəbərlər
15:00 08.03.2011
1925

Daxili İşlər Naziri Mustafa Məhəmməd Nəccar, bu haqda məlumat verib.

Nəccar, narkotik qaçaqçılığına qarşı ciddi tədbirlər görüldüyünü və bununla bağlı ildə 700 milyon dollar xərcləndiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin narkotik qaçaqçılığına qarşı mübarizəyə qatıldığını deyən Nəccar, beynəlxalq təşkilatları da bu istiqamətdə İrana dəstək olmağa çağırıb.

Qeyd edək ki, Əfqanıstan ilə quru sərhəddi olan İran, bu ölkədən çıxarılan narkotikin Ərəb və Avropa ölkələrinə daşınmasında əsas yol olaraq istifadə edilir.

OXŞAR XƏBƏRLƏR