Həmçinin Radio Fərda Şiraz, İsfahan və Mehabad şəhərlərində etiraz aksiyaları keçirildiyi xəbər verir. Fars informasiya agentliyi isə xəbər verir ki, müxalifətin çağırışlarına baxmayaraq ölkədə sakitçilikdirb aksiya keçirilməyib.
Ancan İranın Fars informasiya agentliyindən fərqli olaraq, İTAR TASS agentliyi xəbər verir ki, İran polisi və yarımhərbi Bəsic qüvvələri dünən Tehranın mərkəzində müxalifətin nümayiş keçirmək cəhdinin qarşısını alıb. "Əl Ərəbiyə" televiziyası isə etiraz aksiyalarında onlarla müxalifət fəalının saxlandığını. Telekanal həmçinin onu da bildirir ki, etiraz aksiyalarının yatırılması zamanı bir nəfər öldürülüb, bir neçə nəfərin isə yaralandığı xəbər verilir.
O da xəbər verilir ki, İranda fevralın 20-də müxalifətin keçirdiyi etiraz askiyasında iştirak edən keçmiş prezident Akbar Haşimi Rəfsəncaninin qızı Faezeh həbs edilib. Bu xəbəri "Reuters" İranın rəsmi informasiya agentliyinə istinadən yayıb. Rəsmilər onun qəzəbli bəyanatlar və təxribatçı şüarlar səsləndirdiyi üçün saxlandığını bəyan ediblər.
Qeyd edək ki, müxalifət liderləri Mir Hüseyn Musəvi ilə Mehdi Karrubi müxalifəti bazar günü Tehran və ölkənin digər şəhərlərində kütləvi etiraz aksiyalarına çıxmağa çağırmışdılar.