İsa Qəmbər: "Bugünkü mitinqdə minlərlə insan iştirak etdi"

Bütün Xəbərlər
13:05 02.04.2011
3083

Bu mitinqdə minlərlə insan iştirak etdi. Demək olar ki, bu günə qədər keçirilən ən güclü aksiya idi. Aksiyada nəinki müxalifət partiyaların, İctimai Palatanın üzvləri, paytaxt sakinləri, hətta rayonlardan gələn sadə insanlar da iştirak edirdilər. Polis Fəvvarələr Meydanını mühasirəyə almasına və aksiyaçılara qarşı çox sərt rəftar etməsinə baxmyaraq mitinq baş tutdu”.

Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib. Onun sözlərinə görə, bu dəqiqələrdə İctimai Palatanın toplantısı keçirilir: “Düşünürük Ki, hakimiyyət bu günkü mitinqdən də nəticə çıxarmalı, ölkədə köklü islahatlar aparmalı, insanlara öz sözünü demək üçün meydan verməli, müxalifətin tələbləri yerinə yetirilməlidir”. 

Müsavat başqanı bildirib Ki, müxalifətin kütləvi aksiyaları davam edəcək. O yaxın günlərdə İctimai Palatanın növbəti addımların nədən ibarət olacağını meyyən edəcəyini vurğulayıb.

 

/// qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR