“Biz "WikiLeaks" saytından təsdiqlənməyən informasiyanı istifadə etməklə, diqqətsizlik etmişik. Bizim məqalədə istifadə etdiyimiz mənbələr tamamilə etibarsız çıxdı, biz öz səhvimizi etiraf edir və üzrxahlıqla bu təkzibi dərc edirik. Əminik ki, Azərbaycan və İtaliya xalqları arasında qarşılıqlı anlaşma, xoş münasibətlər və simpatiya bir saniyə belə bu jurnalist səhvindən zərər görməyəcək”,- deyə yazıda bildirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının birinci xanımının Protokol xidməti “İl Foglio” qəzetində yayımlanan materialın həqiqətə uyğun olmadığını bildirmişdi və qəzetin dərhal təkzib verməsini tələb etmişdi.