"31 mart - Azərbaycanlıların Soyqırımı Günü"

"31 mart - Azərbaycanlıların Soyqırımı Günü"
SİYASƏT
16:19 29.03.2022
929
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan "Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i "Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.
 
Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər  bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb.
 
Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan  çar Rusiyası ermənilərdən  vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda - Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırım siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı  vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır.
 
Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.
74 il sonra tarix təkrarlanıb və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilən soyqırım aktı insanlığa qarşı qanlı cinayətlərin davamı olub, şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insanı alçaldan işgəncələrə məruz qalıb. Lakin heç nə cavabsız qalmır. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın 30 il davam edən işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş, uzun illər hüquqi və siyasi qiyməti verilməmiş Mart soyqırımı tariximizin ən acı səhifələrindəndir.

Soyqırım qurbanlarının xatirəsi daim əziz tutulacaq və heç vaxt unudulmayacaq!

Naftalan şəhər sakini: Möhübbət Bədəlov 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
14:46 06.07.2026
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
14:34 06.07.2026
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
14:20 06.07.2026
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO