Saratov vilayətinin Marks şəhərində 31 yaşlı yerli sakin uşaqbazlıq ehtimalı ilə bağlı polisə müraciət edib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, vətəndaş öz şikayət ərizəsində bildirib ki, oktyabrın 28-i axşam saatlarında naməlum şəxs guya onun arxasınca bloka girib, daha sonra mənzilə daxil olub.
Qadın sonra onu 8 yaşlı qızının üzündən öpəndə və onu qucaqlayanda görüb.
İndi uşağın anası həddi-buluğa çatmamış qızına qarşı “əxlaqsız” hərəkətlər edən kişinin məsuliyyətə cəlb olunmasını istəyir.
Faktla bağlı saxlanılan şəxs 31 yaşlı azərbaycanlı olub.
Hazırda araşdırma aparılır.