Moskva yataqxanalarından birində yaşayan azərbaycanlı isti su borusunun partlaması nəticəsində qaynar suda yanıb.AZXEBER.COM-un “Rosbalt”a istinadən xəbər verir ki, o, son dərəcə ağır vəziyyətdə – bütün bədənin II-III dərəcəli yanıq xəsarəti ilə reanimasiya şöbəsinə yerləşdirilib.32 yaşlı Azərbaycan vətəndaşı duşda olan zaman yanıb. Lakin həmyerlimiz dəhlizə çıxmağı bacarıb. Burada onu qonşuları aşkar edib və hadisə yerinə təcili tibbi yardım maşını çağırıblar.İlkin məlumatlara görə, fövqəladə vəziyyətə borunun köhnəlməsi səbəb olub.