Bu gün saat 00:30 radələrində Bakıda bıçaqlanma hadisəsi baş verib.Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, 1980-ci il təvəllüdlü Dadaşov Elman Bərxudar oğlu bıçaq xəsarəti ilə “Azərsutikinti” xəstəxanasına gətirilib.İlkin müayinə zamanı yaralının qarın nahiyəsində daxilə nüfuz edən 1 bıçaq yarası aşkarlanıb. 32 yaşlı E.Bərxudarov polisə ifadəsində özü-özünü bıçaqladığını bildirib.