33 yaşlı gənc iki aydır aşiq olduğu qızı dayanacaqda gözləyir
Bütün Xəbərlər
12:04 13.04.2013
2363
İrkutsk sakini təsadüfən gördüyü və aşiq olduğu qızı görmək ümidilə iki aydır ki, hər gün onunla rastlaşdığı yerə gəlir.Marşurut avtobusunun sərnişinləri hər gün həmin gəncin eyni saatda əlində gül dəstəsilə dayanacaqda gözləməsini müşahidə edirlər.İrkutsk şəhərinin 33 yaşlı sakini Vitali Şahnazarov burada qızı görmək arzusuyla 80 saylı marşrutu qarşılayır və yola salır."Mən təsadüfən onu itələdim və biz biri-birimizə baxıb gülümsündük. İkimiz də bu dayanacaqda düşdük. Bir qədər gəzdik və növbəti gün görüşmək barədə razılaşdıq. Sonra aydın oldu ki, təsirləndiyim üçün onun telefonunu yazmağı unutmuşam. Ancaq buna baxmayaraq, həm gün görüş yerinə gəldim və axşam saat 10-a qədər onu gözlədim", - Vitali gülümsəyərək deyir.Mariana görüşə gəlmədikdə, Vitali özünə söz verib ki, mütləq onu axtarıb tapacaq. O, şəhərin bütün internet forumlarında elan verib, özü isə hər gün Mariananı gördüyü dayanacağa gəlir. Artıq iki aydır o, hər gün qızı həmin dayanacaqda gözləyir: "Mən bilirəm ki, o, bu rayonda yaşayır. Bütün küçələri axtardım, amma hələ nəticə yoxdur. Allaha dua edirəm ki, bizi yenidən görüşdürsün. Ümid edirəm ki, bir gün bəxtim gətirəcək və Mariana ilə yenidən görüşəcəyəm".