01:21 çərşənbə Axşamı, 19 Noyabr 2019
GƏNCLİK

35 yaşdan yuxarı şəxslər gənclər təşkilatı sədri ola biləcək

15:18, 19.02.20192614
35 yaşdan yuxarı şəxslər gənclər təşkilatı sədri ola biləcək

Bildiyimiz kimi, Milli Məclisin fevralın 12-də keçirilən iclasında "Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda müzakirəyə çıxarıldı. Bu qanun layihəsi birinci oxunuşda müzakirə edildi və qəbul olundu”.

Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev "Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin 2-ci oxunuşda müzakirə zamanı deyib.

Komitə sədri fürsətdən istifadə edib, qanun layihəsini dəstəkləyən, ona müsbət rəy bildirən, təkliflər verən deputatlara minnətdarlıq edib.

Deputat bildirib ki, təkliflər ümumiləşdirilərək qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb.

"Bütövlükdə təkliflər üzərində aparılan işlərin qısa xülasəsini sizin nəzərinizə çatdırmaq istərdim. Əsas dəyişikliklər 5-ci maddə ilə bağlıdır. Qanun layihəsinin 5.7.1 maddəsində, əsasən 18 yaşadək gənclərə tütün məmulatları və spirtli içkilərlə yanaşı, alkoqollu energetik içkilərin də satışının qadağası nəzərdə tutulurdu. Biz bu maddəni bir qədər də sərtləşdirdik. Təkcə, alkoqollu energetik içkilər deyil, bütün növ energetik içkilərin satışı ilə bağlı məhdudiyyətləri də əlavə etdik”.

Ü.Quliyev digər dəyişikliklərdən də söz açıb:

"Hörmətli vitse-spiker Valeh Ələsgərovun təklifi ilə 7.2-ci maddədə dəyişiklik etdik. Həmin maddənin birinci və ikinci hissələrində cümlələr arasında ziddiyyət var idi. Biz "Təhsil haqqında” qanunun 28-ci maddəsi və "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 12-ci maddəsini tam olaraq  qanun layihəsinin 7.2 maddəsi ilə uyğunlaşdırdıq.

Burada dövlət təhsil müəssisələrində təhsil alan gənclərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pulsuz tibbi xidmət göstərilməsindən söhbət gedirdi. Həmçinin müvafiq icra hakimiyyəti orqanlarının təhsil müəssisələrində əyani təhsil alan gənclərin təhsil müəssisələrinin vəsaiti hesabına hər il kompleks tibbi müayinədən keçirilməsi qeyd olunurdu. 

Daha bir vacib məsələ isə birinci maddə ilə bağlıdır. Bu maddədə əsas anlayışlar vverilmişdi. Gənclər təşkilatı anlayışında "icra orqanlarının üzvlərinin və təsisçilərinin yaşı 35-dən yuxarı olmayan” ifadəsi çıxarıldı. Bununla da məhdudiyyət aradan götürüldü”.

Qeyd edək ki, qanun layihəsi 2-ci oxunuşda səsə qoyularaq qəbul edilib. 

 

XƏBƏR LENTİ