Bakıda intihar hadisəsi baş verib.
AZXEBER.COM bildirir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 35 yaşlı Tofiq Qulam oğlu Qulamov yaşadığı evdə aseton içərək özünü öldürüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.