Şəkinin icra başçısının müavini və şəhərin baş memarı həbs edilib

Şəkinin icra başçısının müavini və şəhərin baş memarı həbs edilib
Bütün Xəbərlər
17:41 07.02.2011
2488

 

Azxeber.com-un prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Şəki şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2003-cü tarixli 07 №-li sərəncamı ilə şəhər sakini Səlimova Elfanə Hikmət qızına ayrılmış 30 kvadratmetr ərazidə, sonuncunun atası Səlimov Hikmət Əhməd oğlu tərəfindən lazımi icazə alınmadan şəhərsalma və tikinti normaları pozulmaqla faktiki sahəsi 46,1 kvadratmetr olan mağaza və 49,6 kvadratmetr talvar inşa edilərək orada qanunsuz küçə ticarəti ilə məşğul olunub. Həmin ərazidə qanunsuz ticarətlə məşğul olması ilə əlaqədar Hikmət Səlimova 13 dekabr 2010-cu il tarixdə Şəki şəhər bələdiyyəsi tərəfindən rəsmi xəbərdarlıq edilib, Şəki şəhər-rayon Polis Şöbəsinin 13 yanvar 2011-ci il tarixli 28 saylı inzibati xəta haqqında protokoluna əsasən o, Şəki şəhər İcra Hakimiyyəti başçısının 2 fevral 2011-ci il tarixli 1/18 №-li sərəncamı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235-ci, həmçinin Şəki rayon Məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə həmin məcəllənin 310-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsirli bilinərək 20 manat miqdarında cərimələnib. 


03 fevral 2011-ci il tarixdə saat 10:00-da Şəki şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri - İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu, Şəki şəhər İcra Hakimiyyəti aparatının Tikinti və memarlıq şöbəsinin müdiri - şəhərin baş memarı Abdurahmanov Yusif Kamal oğlu xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər edərək Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində lazımi icazə almadan, şəhərsalma, tikinti normaları və qaydalarının ciddi surətdə pozulması ilə tikilmiş binaların, qurğuların, yalnız müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qəbul etdiyi qərar əsasında sökülməli olduğu halda, qeyd edilən tarixdə digər vəzifəli şəxslərlə birlikdə şəhərin Fuad Abdurahmanov küçəsində yerləşən Elfanə Səlimovaya ayrılmış ərazidə inşa edilmiş mağazaya gəlib, vəzifə səlahiyyətlərini aşaraq müvafiq məhkəmə qərarı olmadan həmin mağaza və onun qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün Şəki suvarma sistemləri idarəsinə məxsus, şəhər sakini Nəbiyev Qurbanəli Əsabəli oğlunun idarə etdiyi “Boreks 2102” markalı Az 55 T 579 dövlət qeydiyyat nişanlı traktor-ekskavatorla uçurulub-dağıdılması üçün qanunsuz göstərişlər verərək, həmin tikililərin bir hissəsinin uçurulmasına nail olub, bununla da fiziki şəxsin Konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozaraq hakimiyyət orqanlarını nüfuzdan salmaqla, onların hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurublar. 


Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanovun əməllərində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsinin əlamətləri olduğundan barələrində 4 fevral 2011-ci il tarixdə həmin maddə ilə cinayət işi başlanıb və istintaqın aparılması Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılıb. 
Cinayət işi üzrə Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanov 5 fevral 2011-ci il tarixdə Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib