ŞOK! 36 yaşlı qadın 13 yaşlı oğlanı aldadaraq təcavüz edib

Bütün Xəbərlər
18:40 10.01.2011
2764

 

Azxeber.com portalının ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, tanışlıq saytlarının birində 13 yaşlı azyaşlı ilə tanış olan qadın ona  çılpaq videolarını və şəkillərini göndərib. Azyaşlıya 23 yaşında olduğunu söyləyən Rachel Ann Hicks adlı qadın azyaşlı ilə birlikdə olmaq üçün Kaliforniya ştatından  Merilendə gəlib. Bundan sonra azyaşlının evində olan qadın ona təcavüz etməyə başlayıb.

Azyaşlının ailəsi, oğlanın mobil telefonundakı ismarıcları gördükdən sonra, polisə müraciət ediblər. Polisin apardığı araşdırmalar nəticəsində, 36 yaşlı qadın yetkinlik yaşına çatmayan şəxslə birlikdə olduğu üçün həbs edilərək məhkəməyə çıxardılıb.

OXŞAR XƏBƏRLƏR