ŞOK! ATA QIZINA 20 İL TƏCAVÜZ ETDİ

Bütün Xəbərlər
15:19 11.02.2011
2685

Almaniyanın Reynldand-Pfals vilayətinin Flutershen kəndində yaşayan 48 yaşlı Detlef S. adlı kişinin 20 ildən bəri övladlarına təcavüz etdiyi bəlli olub.
O, ikisi ögey olan üç uşağını illər boyu zorlayıb. Belə çirkin təcavüzlər nəticəsində Detlef S.-nin ögey qızı 8 uşaq doğub. Dünyaya gələn körpələrin ikisi doğulandan bir neçə həftə sonra ölüb.
1987-ci ildən bəri övladlarına təcavüz edən Detlef S.-nin iki qızını fahişəliyə vadar etdiyi də məlum olub.
Detlef S.-nin ögey qızının vəkili Sabine Bur DPA-ya verdiyi açıqlamasında bildirib ki, bu ailədə baş verənlər sırf təsadüf nəticəsində ortaya çıxıb.
"Detlefin doğma qızı gənclər təşkilatına məktub yazaraq başlarına gələnlərdən bəhs etmişdi. Sən demə, bu ata oğluna da dəfələrlə təcavüz edib", - Bur bildirib.
Ötən ilin avqustundan bəri həbsdə olan Detlef S.-nin məhkəmə prosesi gələn həftə başlayacaq.
Şoka düşmüş Almaniya isə hələ də özünə gələ bilmir. Deltef S.-nin həmkəndliləri "Bu adam asılmalıdır!" deyirlər.

//milli.az

 

OXŞAR XƏBƏRLƏR