ŞOK! Azərbaycanın məşhur meyxanaçısı özünü yandırıb

Bütün Xəbərlər
11:19 10.01.2011
2313

Bakı şəhərində tanınmış meyxana ustası özünü yandırıb. Hadisə Sabunçu rayonu ərazisində baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, Maştağa qəsəbə sakini 40 yaşlı Məşədibaba Aydəmirov yaşadığı evin qarşısında üstünə benzin tökərək özünə od vurub. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. M.Aydəmirovun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Yanıq Mərkəzindən verilən məlumata görə, M.Aydəmirov dünən axşam yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Ona 2-ci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub. Bədəni tamamilə yanan meyxana ustası bu gün orada keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, M.Aydəmirov bir neçə il əvvəl məhşur meyxanaçı Elçini qətlə yetirdiyinə görə bir neçə il həbsdə olub. //milli.az

 

OXŞAR XƏBƏRLƏR