ŞOK! Bakıda 15 yaşlı qız bir neçə nəfər tərəfindən zorlanıb

Bütün Xəbərlər
14:16 23.02.2011
2720

Bu barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Belə ki, həmin vaxt ərzində, yəni fevralın 8-dən 19-dək qızın harada olmasını araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib. Qızın həmin şəxsləri tanıyıb-tanımadığı dəqiq bilinmir.

Dəhşətli fakt qarşısında qalan qardaş bu barədə polisə məlumat verib.

Məlumatı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən də təsdiqləyiblər.

Faktla bağlı araşdırma başlanılıb, zəruri ekspertizalar təyin olunub.

//lent.az

 

OXŞAR XƏBƏRLƏR