Hadisə 2008-ci il martın 3-də elə Yelenanın Mərdəkan qəsəbəsində olan evində baş verib. Hadisədən 3 gündən sonra isə Viktor və Yelena, tanışları Anna Truşelyova, Sergey Frolovla birgə meyiti yandıraraq, həmin evin həyətində basdırıblar. Hadisəni törədənlər tutulub. Aleksey Juravlyovun cəsədinin qalıqları eksqumasiya edilib.
------------------
15 yanvar
12:25
Rayon Prokurorluğundan verilən məlumata görə, itkin düşmüş kimi uzun müddət axtarışda olan Sabunçu rayon sakini 32 yaşlı Aleksey Juravlyovun taleyinə aydınlıq gəlib.
Aparılan araşdırmalardan sonra onun qətlə yetirilərək yandırıldığı məlum olub. Müəyyən edilib ki, A.Juravlyovu 2008-ci il martın 3-də Mərdəkan qəsəbəsi, “Qızıl qum” bağlar sahəsində Sabunçu rayon sakini 29 yaşlı Viktor Koçetkov bıçaqla qətlə yetirib. Hadisə baş verən günün səhəri isə V.Koçetkov tanışı Sergey Frolovla birgə həmin əraziyə gələrək izi itirmək məqsədi ilə meyiti yandırıb.
İşin istintaqını aparan müstəntiq Ayxan Kazımov Milli.Az xəbər portalına açıqlamasında qətllə bağlı bir nəfərin saxlanıldığını bildirdi.
Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
//milli.az