AZXEBER. COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Bitlis vilayətindən namizəd olan 33 yaşlı Aydının cəsədi vilayətin Hizan rayonundakı çöllük ərazidən tapılıb.
Qeyd edək ki, Hizanda yaşayan və 2 gündür itkin düşən namizədin cəsədini kəndin çobanı taparaq polisə xəbər verib. Cəsədin tapıldığı yerdə olan polis və hüquq mühafizə orqanları hadisənin baş verdiyi yerdən “Kalaşnikov” silahına aid gilizlər aşkarlayıb.