ŞOK! Göygöldə qadın mühasibi 5 nəfər zorlayıb öldürdü

ŞOK! Göygöldə qadın mühasibi 5 nəfər zorlayıb öldürdü
Bütün Xəbərlər
14:51 14.02.2011
2655

 

Göygöl rayonunda dörd ay əvvəl törədilmiş dəhşətli qətlin üstü açılıb. Rayon Prokurorluğundan verilən məlumata görə, qətl hadisəsi ilə bağlı 4 nəfər saxlanılıb. Hadisə 2010-cu ilin noyabrında Topalhəsənli kəndində baş verib. Topalhəsənli bələdiyyəsində mühasib vəzifəsində işləyən 55 yaşlı Güləbat Namazova xüsusi amansızlıqla qətlə yetirilib.
Uzun sürən istintaq tədbirləri nəticəsində qətlin qrup tərəfindən törədilməsi məlum olub. Göygöl polisi qətli törətməkdə şübhəli bilinən Topalhəsənli kənd sakinləri 24 yaşlı Kamil Yusibov, 32 yaşlı Vüqar Cəfərov, 18 yaşlı Borah Musayev,28 yaşlı Elgün Məhərrəmovu tutaraq istintaqa təhvil verib.

Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf ediblər. Məlum olub ki, Topalhəsənlı kənd sakini Cavid Əmiraslanovun hərbi xidmətə yola salınması səbəbi ilə təşkil edilən məclisdə yeyib-içdikdən sonra həmkəndliləri Güləbat Namazovanı kənd ərazisində yolun kənarındakı sahibsız tikiliyə gətiriblər. Öncə qadına cinsi təcavüz edən dostlar daha sonra onu döyərək qətlə yetiriblər. Cinayət əməlində Cavid Əmiraslanovun da adı keçdiyindən, o da istintaqa cəlb olunacaq. Lakin o, hərbi xidmətdə olduğundan, hələlik istintaqa təhvil verilməyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

//milli.az

OXŞAR XƏBƏRLƏR