Şuşuki Vatanabeni Sabirabadda olub

GƏNCLİK
12:59 21.06.2011
1997
Səfər zamanı Şusuke Vatanabe İcra Hakimiyyətində olub.

İcra başçısının 1-ci müavini Vəfadar Bağırov tərəfindən səfirə Sabirabad rayounu haqqında, 2010-cu ildə baş vermiş sel-su fəlakəti barədə və fəlakətdən sonra aparılan yenidənqurma işləri haqqında məlumat verilib. Gənclər Mərkəzində Sabirabad gənclərinin asudə vaxtını səmərəli keçirmələri üçün yaradılan şəraitlə yaxından tanış olan səfir “İRƏLİ” İctimai Birliyinin Sabirabad nümayəndəliyi və Sabirabadda fəaliyyət göstərən online Sradio ilə də tanış olmuş və müsahibə verib.

Səfər çərçivəsində Şusuke Vatanabe Şəfi Babayev adına Surra kənd tam orta məktəbində olub və oradakı vəziyyət geniş məlumat almışdır. Daha sonra Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbinə gedən səfir aparılan təmir və yenidənqurma işləri ilə tanış olub.

OXŞAR XƏBƏRLƏR