36 yaşlı general - mayor Azərbaycandan qaçmağa hazırlaşır

36 yaşlı general - mayor Azərbaycandan qaçmağa hazırlaşır
Bütün Xəbərlər
02:26 19.12.2015
8345

Xəbər verdiyimiz kimi, Azərbaycnın ən gənc generallarından biri tutduğu vəzifədən azad edilib.

36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-nin Hərbi Hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib.

Qeyd edək ki, V.Allahquliyev 2015-ci ilin mart ayının 27-də general-mayor rütbəsiylə təltif edilmişdi. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır.

AZXEBER.COM-un məlumatına görə, Vüqar Allahverdiyev Azərbaycandan qaçmağa hazırlaşır. Belə ki. bu məqsədlə o mülklərini satışa çıxarıb. Məlumata görə, Allahverdiyev Avropa ölkələrindən birində sığınacaq almaq fikrindədir.

OXŞAR XƏBƏRLƏR