36 yaşlı qadın evində boğularaq qətlə yetirildi

36 yaşlı qadın evində boğularaq qətlə yetirildi
Bütün Xəbərlər
10:35 11.11.2011
1287

Azərbaycanın Tərtər rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün rayonun Sarıcalı kəndində qeydə alınıb. Kənd sakini, 36 yaşlı Tünzalə Qəşəm qızı Həsənovanın üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı mənzildə aşkarlanıb. Dərhal hadisə yerinə Rayon Prokurorluğunun əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun boğularaq öldürüldüyü müəyyən edilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR