Yerli mətbuatın verdiyi məlumata görə, həkimin 39 pasientinə dəfələrlə təcavüz etməsi faktı təsdiqini tapıb. Roger Abdelmassih adlı həkimin vəkili yerli qəzetlərə verdiyi açıqlamada, 200 xəstə yaxınının məhkəməyə şikayət etdiyini bildirib.
Zərərçəkənlərin sözlərinə görə, Roger Abdelmassih onlara narkoz verdikdən sonra ayılmalarını gözləyib. Bundan sonra həkim, pasientlərinə təcavüz edib.
Məhkəmə, 56 təcavüz şikayətini qəbul edərək Roger Abdelmassihə 278 il həbs cəzası verib.