Daha bir intihar xəbəri Ağcabədidən gəldi
Bu gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib. lent.az-ın məlumatına görə, rayon mərkəzində, Həzi Aslanov küçəsində yaşayan 1975-ci il təvəllüdlü İsmayılov Natiq Həsən oğlu özünü güllələyib. Ov tüfəngi ilə bədəninə atəş açan 39 yaşlı kişi hadisə yerindəcə keçinib.
Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.