Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
AZXEBER.COM Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, qadını bıçaqlamaqda qardaşı şübhəli bilinir.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.











































