"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".
Modern.az-ın məlumatına görə, Abıyev Əhəd Mikayıl oğlu 1958-ci il yanvarın 15-də Masallı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.
1979-cu ildən Bakı şəhərində tikinti-quraşdırma idarəsinin ustası, mənzil-istismar sahəsinin texniki, "Azərittifaq"ın universal bazasının iqtisadçısı olub. 1984–1995-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsində inspektor, iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonuncu dəfə 2005-ci il noyabrın 6-da 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilmişdi. 2010-ci il seçkilərində isə namizədliyini Suraxaı rayonundan verən Ə.Abıyev mandat qazana biməyib.