Ə.Həsənov: ““WikiLeaks” saytındakı məlumatlar təxribat xarakterlidir”

Bütün Xəbərlər
12:47 02.12.2010
1809

Onun sözlərinə görə saytda verilən məlumatların heç bir real əsası yoxdur: “Bu materiallar təxribat xarakterlidir. Kimlərinsə maraqları çərçivəsində Cənubi Qafqazda ayrı-ayrı dövlətləri, dövlət başçılarını bir-birinə qarşı qoymaq cəhdi var”.

 

Türkiyə Azərbaycan münasibətləri ilə bağlı “WkiLeaks”-da yazılanları şöbə müdiri iki ölkə arasında etinadsızlıq yaratmaq istəyi ilə əlaqələndirib: ““WkiLeaks”-da liderlərin sözləri redaktə edilib. Bir sözü dəyişməklə Azərbaycan və Türkiyə arasında etinadsızlıq yaratmağa çalışırlar. Buna səbəb iki ölkə arasındakı münasibətlərin kimlərəsə sərf etməməsidir”.Əli Həsənovun fikrincə , bu cəhdin nəyə xidmət etdiyini sonrakı hadisələr göstərəcək.

 

OXŞAR XƏBƏRLƏR