Əli İsmayılov: “Həyat yoldaşım da deyir ki, bəsdir uduzduğun”

İDMAN
13:06 01.04.2011
3356
İdmançımız aprelin 15-də Madriddə növbəti döyüşünü keçirəcək. Son 2 görüşündə nokautla uduzan İsmayılov bildirib ki, meksikalı Kimero Sançezlə döyüşə artıq hazırdır: “Məşqlərimi intensivləşdirmişəm. Son görüşdə zədələndiyimdən ölkə xaricində hazırlıq keçməyəcəyəm. Buna məşqçilərim icazə vermədilər. Amma deyə bilərəm ki, zədəmi artıq tam sağaltmışam. Düzdür, qaşımdakı çapığın diametri daha 1 sm böyüyərək, 3 sm-ə çatıb. Amma artıq hər şey qaydasındadır. Sınaqçı rəqib kimi isə yığmamızın sabiq üzvləri Cavid Tağıyev və Azər Məmmədovla işləyirəm. Fikrimcə, bu dəfə nəyə qadir olduğumu sübut edəcəyəm”. 

OXŞAR XƏBƏRLƏR