Əli Abbasov: “Bu, Ermənistana birbaşa təhlükədir”

Əli Abbasov: “Bu, Ermənistana birbaşa təhlükədir”
Bütün Xəbərlər
09:30 15.05.2011
1887


Rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, hazırda süni peykə hökumətdə və müəyyən instansiyalarda baxılır. “Bizim süni peykimiz əsasən telekommunikasiya xidmətləri, həmçinin radio-televiziya verilişləri, eləcə də fövqəladə hallar zamanı müəyyən operativ idarəetmə üçün rabitə növünü verəcək”, deyə Ə. Abbasov qeyd edib. 

Xatırladaq ki, ABŞ-ın erməni lobbisi Azərbaycanın süni peyk əldə etməsini məhdudlaşdırmaq istiqamətində fəaliyyətə keçib. Bununla bağlı süni peykin alışı üçün Azərbaycana kredit ayıran banka etirazlarla dolu məktub da ünvanlayıblar. 

Erməni lobbisinin Vaşinqtondakı "Ay Dat" ofisinin məlumatına görə, məsələ ilə əlaqədar ABŞ Konqresinin ermənipərəst senatoru Cek Rid Birləşmiş Ştatların idxal-ixrac bankının prezidenti Fred Hoçberqə məktub ünvalayıb və sənəddə öz narahatlığını ifadə edib. Məktubda ermənipərəst senator Azərbaycanın əldə etdiyi süni peykdən hərbi məqsədlərlə istifadə edəcəyinə dair ciddi narahalığını ifadə edib. 

Öz növbəsində bank rəhbəri Fred Hoçberq cavab olaraq onu narahatlığa heç bir əsasın olmadığını əmin edib. Bankın cavab məktubda yazılıb ki, kreditin verilmə qaydalarına əsasən, istənilən ölkəyə süni peykdən istifadə qadağan edilir. Bundan başqa, bildirilir ki, bank proqram çərçivəsində inspektor yoxlamaları aparmaq hüququna malikdir və eləcə də Azərbaycan hökuməti hər il süni peykin istifadə edilməsi haqda hesabat təqdim etməli olacaq.


OXŞAR XƏBƏRLƏR