Əli Həsənov Ermənistan xalqına müraciət etdi

Əli Həsənov Ermənistan xalqına müraciət etdi
Bütün Xəbərlər
07:27 16.06.2011
1290

 Bunu Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransında çıxışında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. 

O, Ermənistanda xalqın bu gün səfalət və aclıq içərisində olduğunu bildirib: “Biz gözləyirik ki, Ermənistan rəhbərliyi nə vaxt düz yola gələcək. Bu konflikt olmasaydı, neft-qaz kəmərləri, dəmir yolları Ermənistan ərazisindən keçəcəkdi. Amma Ermənistanın ucbatından onlar bu layihələrdən məhrum olublar”.

Baş nazirini müavini çıxışında erməni xalqına da müraciət edib: “Öz rəhbərliyinizi düz yola çəkin. Biz bilirik ki, sadə ermənilər rəhbərliklərinin bu siyasətindən əziyyət çəkirlər”.

/// APA

OXŞAR XƏBƏRLƏR