Ənvər Seyidov tələbələrlə görüşdü

GƏNCLİK
11:17 16.04.2011
2919

AZXEBER.COM-un xəbərinə görə, görüşdə ayrı-ayrı universitetlərin Tarix, Hüquq, Jurnalistika, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələr iştirak ediblər. Ə.Seyidov tələbələrlə ağır cinayətlər törətmiş şəxslərin psixologiyası, onların psixoportreti haqqında fikir mübadiləsi aparıb, öz biliklərini gənclərlə bölüşüb. Bundan əlavə, hakim konstitusiya, məhkəmə hakimiyyətinin səlahiyyətləri, ağır cinayətlər, dövlətin bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib.

34 ildir ki, hakim vəzifəsində çalışdığını deyən Ə.Seyidov bu illər ərzində müxtəlif cinayət faktları ilə qarşılaşdığını deyib. Onun sözlərinə görə, bunlardan ən dəhşətlisi Gəncədə və Balakəndə baş verən cinayətlər idi. Bundan əlavə, hakim Azərbaycanın tarxində baş verən hadisələrin istintaq araşdırmaları, faktları barədə tələbələri məlumatlandırıb. Görüş zamanı müxtəlif əsərlərin, romanların, dərsliklərin müəllifi olan Ənvər Seyidov təşkilata bir neçə kitabını hədiyyə edib. Daha sonra o, tələbələri maraqlandıran müxtəlif mövzular üzrə sualları cavablandırıb.

Görüşdə çıxış edən ATGTİ-nın sədri Şahin İsmayılov tələbələrlə görüşə razılıq verdiyi və onları maraqlandıran məsələlər ətrafında dəyərli məlumat verdiyi üçün hakim Ə.Seyidova öz təşəkkürlərini bildirib. O qeyd edib ki, belə görüşün geniş miqyasda də keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, yaxın zamanlarda Ənvər Seyidovla növbəti görüş baş tutacaq və burada təxminən 250-300 tələbə iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR