Ər arvadını öldürdü, qaynını ölümcül yaraladı

Bütün Xəbərlər
13:08 11.05.2011
1680
Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun mərkəzində yaşayan 1972-ci il təvəllüdlü Vəliyeva Dilarə İbrahim qızı küt alətlə vurularaq qətlə yetirilib. Onun qardaşı, 1957-ci il təvəllüdlü Vəliyev Ələkbər İbrahim oğlu isə yaralı vəziyyətdə aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəni D.Vəliyevanın həyat yoldaşı törədib. Hazırda həmin şəxsin saxlanması istiqamətində iş aparılır. //lent.az

 

OXŞAR XƏBƏRLƏR