"Ərazi bütövlüyümüz danışıqlar mövzusu olmayıb və olmayacaq"

Bütün Xəbərlər
15:52 23.12.2010
1866

 

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Bunu prezident İlham Əliyev Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlət başçılarının XXI Zirvə Görüşündə bəyan edib. Ölkə başçısı Qarabağ münaqişəsinin bölgədəki iqtisadi planların həyata keçirilməsinə mane olduğunu vurğulayıb.

"Həllini gözləyən problemlər, münaqişələr, təkliflər bizə tam şəkildə imkan vermir ki, istədiyimizə nail ola bilək. Hər bir ölkənin uğurlu siyasi-iqtisadi inkişafı sabitlik şəraitində mümkündür. Azərbaycanda siyasi sabitlik artıq çoxdan bərqərar olunub, ancaq həll edilməmiş münaqişələr, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması böyük regional təhlükədir və təhlükə mənbəyidir. Azərbaycanlılara qarşı Azərbaycanın əzəli torpaqları olan Qarabağ və onun ətraf bölgələrində etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarında qaçqın və köçkün vəziyyətinə salınıb", - deyə dövlət başçısı vurğulayıb. //Ans Press

OXŞAR XƏBƏRLƏR