Bu gün İstanbulda danışan baş nazir bildirib ki, Qəzzafi islahatlar çağırışılarına məhəl qoymadan, qan, göz yaşı və qətl yolunu seçib. Rəcəb Tayyib Ərdoğan Liviya xalqının daha artıq əzabına yol verilməməsi üçün onun hakimiyyətdən kənarlaşmasının vacibliyini vurğulayıb. Bir zamanlar Liviya hökumətinin yaxın müttəfiqi olan Türkiyə mart ayında o ölkəyə qarşı sanksiyaların əleyhinə çıxış etmişdi. Dünən Türkiyə Liviyadakı səfirlik işçilərinin geri qaytarılacağını bəyan edib. Türkiyə Liviyada qalan bir neçə diplomatik missiyadan biri idi.