Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar

Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
SİYASƏT
17:22 15.09.2026
126
"Cenevrədə BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin (CED) 31-ci sessiyası çərçivəsində Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyəti kifayət qədər məhsuldar və nəticəyönümlü olub".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Cenevrədə keçirilən sessiyada iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib.

O qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən nümayəndə heyəti sentyabrın 14-də sessiyanın açılışında, vətəndaş cəmiyyəti təşkilatları üçün təşkil edilmiş xüsusi brifinqdə, eləcə də Ermənistanın ikinci dövri hesabatının Komitədə müzakirəsi zamanı və müzakirələrdən sonra keçirilən görüşlərdə fəal iştirak edib.

"BAMF-ın prezidenti olaraq mən, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov və BAMF-ın nümayəndəsi John Ayomide gün ərzində keçirilən tədbir və müzakirələrdə iştirak etdik. Xüsusi brifinq zamanı Sahib Məmmədov və mən Komitə üzvlərinin diqqətini Azərbaycan vətəndaş cəmiyyətinin alternativ hesabatlarında əksini tapmış əsas məsələlərə yönəltdik, onların suallarını cavablandırdıq. Daha sonra John Ayomide Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları adından hazırladığımız birgə bəyanatı səsləndirdi”, – deyə Umud Mirzəyev bildirib.

Birgə bəyanat Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və "Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən təqdim olunub. Sessiyada iştirak etməməsinə baxmayaraq, "Qarabağ İtkin Ailələri” İctimai Birliyi də birgə bəyanata qoşulub.

BAMF prezidenti vurğulayıb ki, Azərbaycan QHT-lərinin Cenevrəyə səfərinin ən mühüm nəticələrindən biri onların təqdim etdiyi faktların, qaldırdığı məsələlərin və sualların Komitənin Ermənistanın ikinci dövri hesabatına baxışı zamanı öz əksini tapması olub.

"Bizim üçün əsas məqsəd yalnız mövqeyimizi ifadə etmək deyildi. Məqsədimiz onilliklərdir taleyi naməlum qalan azərbaycanlılarla bağlı konkret faktların BMT-nin müvafiq mexanizmi çərçivəsində müzakirəyə çıxarılmasına nail olmaq idi. Məmnunluqla qeyd edə bilərik ki, brifinqdə, alternativ hesabatlarımızda və birgə bəyanatda qaldırdığımız məsələlərin mühüm hissəsi Komitə üzvləri tərəfindən Ermənistan nümayəndə heyətinə ünvanlanan suallarda öz əksini tapdı. Hesab edirəm ki, bu, Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrədə apardığı işin ən mühüm nəticələrindən biridir”, – deyə o əlavə edib.

Umud Mirzəyevin sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri diqqəti xüsusilə Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürüldükdən sonra taleyi naməlum qalan şəxslər, o cümlədən qadınlar və uşaqlar, saxlanma yerləri və kütləvi məzarlıqlarla bağlı məlumatların təqdim edilməsi məsələsinə yönəldiblər.

Azərbaycan QHT-lərinin təqdim etdiyi materiallarda 4 010 itkin azərbaycanlının taleyinin aydınlaşdırılması, əsir və girov götürüldükdən sonra yoxa çıxmış şəxslər haqqında Ermənistanın malik olduğu məlumatların təqdim edilməsi, habelə kütləvi məzarlıqların və dəfn yerlərinin koordinatlarının Azərbaycana verilməsi tələb olunur.

"İtkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi siyasi mübahisə predmeti deyil. Bu, ilk növbədə fundamental humanitar və insan hüquqları məsələsidir. Minlərlə ailə 30 ildən artıqdır öz yaxınlarının taleyi barədə xəbər gözləyir. Bu insanların həqiqəti bilmək hüququ var. Ermənistanın malik olduğu məlumatları təqdim etməsi, mümkün dəfn yerləri və kütləvi məzarlıqlar barədə məlumatları açıqlaması həm humanitar öhdəlik, həm də iki ölkə arasında etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə BAMF prezidenti bildirib.

Umud Mirzəyev qeyd edib ki, Cenevrədə keçirilən müzakirələr vətəndaş cəmiyyəti institutlarının beynəlxalq mexanizmlərlə ardıcıl, faktlara və sənədlərə əsaslanan fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirib:

"Ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının Cenevrə missiyasını son dərəcə uğurlu hesab edirəm. Biz yalnız tədbirlərdə iştirak etmədik. Konkret faktlar və sənədlərlə mövqeyimizi ortaya qoyduq, Komitə üzvləri ilə birbaşa ünsiyyət qurduq və qaldırdığımız məsələlərin Ermənistan nümayəndə heyətinə ünvanlanan suallarda səsləndirilməsinə şahid olduq. Hesab edirəm ki, bu fəaliyyət davam etdirilməlidir. Məqsədimiz keçmişin ağrıları üzərindən qarşıdurmanı davam etdirmək deyil, itkinlərin taleyinin müəyyənləşdirilməsinə, ailələrin həqiqəti bilməsinə və bu ağır humanitar problemin həllinin gələcək davamlı sülhə xidmət etməsinə nail olmaqdır”.

Qeyd: Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyası çərçivəsində səsləndirdiyi birgə bəyanat açıqlamaya əlavə olunur. Bəyanatın da bu açıqlama ilə birlikdə  dərc edilməsi xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
18:03 15.09.2026
Yardımlı İcra Hakimiyyətində əməliyyat keçirildi - Həbs olunanlar var
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
17:46 15.09.2026
BŞTİ-dən həmin məktəblə bağlı - AÇIQLAMA
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
17:40 15.09.2026
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
17:31 15.09.2026
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
17:22 15.09.2026
Umud Mirzəyev: Azərbaycan vətəndaş cəmiyyətinin Cenevrə missiyasını uğurlu hesab etmək olar
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
17:18 15.09.2026
"Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir"
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
17:06 15.09.2026
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
17:03 15.09.2026
Rusiya Polşaya da hücum edəcək? - Politoloqdan açıqlama
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
17:00 15.09.2026
Milyonluq toyla bağlı şok iddia: “Pulların çoxu real deyildi”
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
16:55 15.09.2026
“Bu yaddaş imkan verməyəcək ki, biz yenə də şirin sözlərə aldanaq”
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
16:49 15.09.2026
Deputat: Azərbaycan-BƏƏ əməkdaşlığı hər iki ölkənin inkişafına töhfə verəcək
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
16:45 15.09.2026
“Mədrəsədə oxumağım Heydər Əliyevin istəyi ilə olubmuş, sonradan dedi”
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
16:42 15.09.2026
İşdən çıxarılan sabiq icra başçısı kimdir? - DOSYE
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
16:35 15.09.2026
“Azərbaycan dünyaya dahi şəxsiyyətlər bəxş edib”
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
16:29 15.09.2026
Bank of Baku-da səhiyyə işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % komissiya ilə
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?
16:26 15.09.2026
Azərbaycanda “Roblox” təhlükəsi böyüyür - Uşaq və yeniyetmələri necə qoruyaq?