4 aydır maaş ala bilməyən işçilər oturaq aksiya keçirdilər – Şirkət binasının önündə

4 aydır maaş ala bilməyən işçilər oturaq aksiya keçirdilər –  Şirkət binasının önündə
Bütün Xəbərlər
15:19 17.11.2015
1743

"Azərinşaat" MMC şirkəti 4 aydır maaşlarını ala bilməyən işçilər aksiya keçiriblər.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdikləri məlumata görə, Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyevə məxsus olduğu iddia edilən şirkət işçilərin maaşını ödəyə bilmir. 4 aydır maaş ala bilməyən işçilər şirkətin Dərnəgül ərazisində yerləşən ofisinin qarşısında oturaq aksiya keçiriblər.

Işçilərə ümumilikdə 4 milyona yaxın borcu olan "Azərinşaat"ın rəhbərliyi avqust ayının maaşlarını hələ də ödəməyib. İşçilərə hər ay vədlər verilsə də heç birinə əməl edilməyib . Şirkət işçilərin maaşlarını vermədiyi azmış kimi, onları qeyri-qanuni işlədib.

Hadisə şahidlərinin portalımıza verdiyi məlumata görə, bu gün günorta saatlarında keçirilən aksiyaya polis müdaxiləsi olmayıb. "Azərinşaat" rəsmiləri 10 gün ərzində bütün borclarını ödəyəcəklərini bildiriblər. Bununla da işçilər ofisin qarşısından dağılışıblar.

Xatırladırıq ki, "Azərinşaat" MMC respublikada birinci dərəcəli yolların tikintisi ilə məşğuldur. "Azərinşaat" MMC-nin Lənkəran-Masallı layihəsində 250 işçisi çalışır və 4 aydır ki bu işçilərin maaşı verilmir. Şirkətin işçilərinə ümumilikdə 2 milyon manata yaxın borcunun olduğu deyilir.

Qeyd edək ki, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

"Azərinşaat" MMC-nin layihə rəhbəri Qüdrət adlı Türkiyə vətəndaşının isə ölkədən qaçdığı deyilir.

OXŞAR XƏBƏRLƏR