4 general məhkəməyə ifadə verəcək

4 general məhkəməyə ifadə verəcək
Bütün Xəbərlər
10:15 16.02.2012
1339

İki keçmiş ordu rəisi "Balyoz" işi üzrə məhkəmədə dindiriləcək

AZXEBER.COM-un məlumatına görə, "Balyoz" çevriliş planı ilə bağlı məhkəmə prosesi davam edir.

365 təqsirləndirilən şəxsin çevrilişə cəhd ittihamıyla mühakimə olunduğu iş üzrə keçirilən 77-ci iclasda İstanbul 10-cu Ağır Cəza Məhkəməsi mühüm qərarlar qəbul edib.

Məhkəmə 5-7 mart 2003-cü il tarixləri arasında birinci orduda keçirilən seminarıyla bağlı Silahlı Qüvvələrin yekun hesabatında imzaları olan general Bəkir Kalyonçu, istefada olan general Yaşar Böyükanıt və Baş Qərargahın keçmiş Hərəkat rəisi, istefada olan general Köksal Karabayın şahid qismində dindiriməsinə qərar verib.

Bundan əlavə, yanvar 2003-cü il tarixli mesaj forumunda imzası olan keçmiş TSQ Baş Qərargah rəisi İlkər Başbuğun da şahid qismində dindirilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR