Bu gün “İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 4 ili tamam olur.
AZXEBER.COM-un məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin üzvlərinin sayı artıq 28.000 nəfəri keçib. Birliyin üzvləri dünyanın müxtəlif yerlərində Azərbaycan gəncliyini təmsil edir, həmçinin bu təşkilat Azərbaycanın ən böyük gənclər təşkilatı kimi də tanınır.
Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi 2005-ci avqustun 26-da yaradılmış “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini birləşdirərək ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul edib və 24 dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olunub. “İRƏLİ”-də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hal-hazırda 22700 nəfərdən artıq gənc və 12 təşkilat “İRƏLİ”-yə üzvdür. Birliyin 2009 – 2010-cu illərdəki layihələrində 120 000 nəfərdən çox insan iştirak edib. “İRƏLİ”-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir, bununla yanaşı Avropanın 13 şəhərində təşkilatın əlaqələndiriciləri fəaliyyət göstərir.AZXEBER.COM xəbər portalı olaraq "İrəli" üzvlərini təbrik edirik