“Şəkilini oturduğun yerdə çəkmişik”.
Tovuz rayonunun Əyyublu kənd sakini 20 yaşlı G.N. adlı qız 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı iddia olunun qız müsahibə verib.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, qız bildirib ki, o evlərində çıxıb nənəsigilə gedirmiş, Elməddin Niyazov adlı şəxs ona yaxınlaşıb başından vurb, zorla avtomobilə mindirib.
Zorlandığı iddia olunan qızın sözlərinə görə, avtomobildə olduğum müddətdə onu döyüblər.
“O, bizim kəndçimizdir. Digər oğlanlardan isə yalnız birini üzündən tanıyıram. Amma o biriləri ilə telefon danışığımız olub. Mənə zəng edərək deyiblər ki, “Mənimlə danışmalısan, danışmasan, sənin şəkilini internetə qoyacağıq. Şəkilini oturduğun yerdə çəkmişik. Səni soyundurub internetə yerləşdirəcəyik”.
Hədə-qorxudan sonra məcbur olub danışmışam. Telefon nömrəmi də paylayıblar.
Elməddin məhkəmədə boynuna aldı ki, mənim telefonunu Kamaldan alıb. Elə hey döyürdülər. Sonra məni döyə-döyə kəndimizdəki qəbiristanlığa apardılar.
Ümumiyyətlə, onlar bir dəstə uşaq olublar. Təsdiq üçün telefonlarındakı nömrələri də yoxlaya bilərlər. Mənə qarşı dördü də zor tətbiq etdi. Ekspertizadan keçmişəm, bədənimdə xəsarət yerləri var. Dediklərinə görə məni videoya çəkiblər, amma mən görməmişəm”.