4 yaşlı uşağı gürzə ilanı vurdu

4 yaşlı uşağı gürzə ilanı vurdu
Bütün Xəbərlər
15:15 23.07.2012
5137
Bakıda 4 yaşlı uşağı gürzə ilanı vurub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova ANS PRESS-ə açıqlamasında bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda Ülvi Əkbərov 9 ünvanında yaşayış evinin həyətində baş verib.“Yasamal bazarının arxasındakı həyət evlərinin birinin sakini olan Əfsanə Seyidovanı gürzə ilanı sancıb. Bununla bağlı təcili yardıma müraciət daxil olub və azyaşlı xəstəxanaya yerləşdirilib. Ona lazım olan bütün tibbi yardımlar göstərilib”, - deyə Zemfira Vahidova bildirib.
OXŞAR XƏBƏRLƏR