Küçədə oynayarkən yerə yıxılan 4 yaşlı uşağı avtomobil vurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sultanbeyli bölgəsində baş verib.
Əldə edilən məlumata görə, küçədə oynayan 4 yaşlı Elif Yörük qaçarkən müvazinətini itirərək yerə yıxılıb. Bu vaxt küçədən keçən avtomobil uşağın üstünə çıxıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə polis və təcili yardım qrupları göndərilib. Ağır yaralanan uşaq həkim qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq kiçik uşağı xilas etmək mümkün olmayıb. Qəza anı təhlükəsizlik kamerasına əks olunub və nəqliyyat vasitəsinin sürücüsü nəzarətə götürülüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.\
Oksana