40-dan çox ölkə İranın Hörmüz boğazından ödənişli keçid ideyasını qəbul etməyib

40-dan çox ölkə İranın Hörmüz boğazından ödənişli keçid ideyasını qəbul etməyib
DÜNYA
03:55 03.04.2026
777
"Hörmüz boğazının bağlanmasına həsr olunmuş təhlükəsizlik konfransının iştirakçıları İranın həmin boğazdan keçid üçün ödəniş tətbiq etmək ideyasını rədd ediblər".
 
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperin bəyanatında deyilir.
 
O, 40-dan çox ölkənin XİN rəhbərlərinin iştirak etdiyi görüşə sədrlik edib.
 
Videokonfrans formatında keçirilən görüşdə iştirakçılar boğazın bağlı qalacağı təqdirdə İrana təzyiq göstərmək üçün sanksiyalar kimi koordinasiyalı iqtisadi və siyasi tədbirlərin tətbiqi imkanını da müzakirə ediblər. Tərəflər, həmçinin BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə əməkdaşlığın Hörmüz boğazda bloklanmış minlərlə gəmi və dənizçinin azad edilməsi və gəmiçiliyin bərpası baxımından vacibliyini vurğulayıblar.
 
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
15:31 28.07.2026
Prezidentin yeni təyin etdiyi səfirlər kimlərdir? - Dosye
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
15:24 28.07.2026
Motosiklet sürücülərinə xəbərdarlıq - Bunları bilməlisiniz
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
15:17 28.07.2026
Rəşad Məmmədov etimadnaməsini Şavkat Mirziyoyevə təqdim etdi
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
15:13 28.07.2026
"İranın "Səhər" telekanalı ilə əməkdaşlıq edənlər məsuliyyətə cəlb edilməlidir" - Azər Həsrət
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
14:38 28.07.2026
Nigeriyada vəba epidemiyası: 14 nəfər öldü
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
14:35 28.07.2026
Müəllimini güllələyən şagirdin atasına hökm oxundu
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
14:31 28.07.2026
Bakıdakı bu bina görənləri şoka salır - kimin olduğu bilinmir - FAKTLAR
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
14:18 28.07.2026
Azercell və ADA Universiteti tələbələr üçün AI4Real Bootcamp proqramına start verir
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
14:12 28.07.2026
Azərbaycanın Qazaxıstandakı səfiri vəzifəsindən geri çağırıldı
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
14:10 28.07.2026
Azərbaycanın Hindistandakı səfiri vəzifəsindən geri çağırıldı - İtaliyada səfir təyin edildi
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:08 28.07.2026
Azərbaycanın Tacikistandakı səfiri geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
14:02 28.07.2026
Biri istifadə olunur, digəri milyonlar qazandırır - Ən populyar tətbiqlər bəlli oldu
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi
13:44 28.07.2026
Azərbaycanda "Aviasiya haqqında" qanun dəyişdi